Tramp artıq onu öz varisi hesab ETMİR

Hazırda oxunan: Tramp artıq onu öz varisi hesab ETMİR

616263

ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey. Di. Vensin onun xələfi roluna uyğun gəldiyinə əmin deyil.

Bizim.Media xəbər verir ki, bu barədə mənbələrə istinadən "New York Times" (NYT) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp müntəzəm olaraq həm Vens, həm də dövlət katibi Marko Rubio barədə rəyləri soruşur. Mayın əvvəlində o, tədbirlərdən birində qonaqlardan bu iki nəfərdən hansının prezident postuna daha yaxşı namizəd olacağını xəbər alıb.

NYT-nin yazdığına görə, Tramp özü onlardan heç birini dəstəkləmədiyini bildirib.

Qeyd olunur ki, Ağ Evin rəhbəri tez-tez Vensin işini öz nailiyyətləri ilə müqayisə edir. Tramp tərəfdarlarına dəfələrlə deyib ki, Vens onun köməyi olmadan heç vaxt çətin seçkilərdə qalib gəlməyib. O, həmçinin Vensin vitse-prezident kimi neçə dəfə məzuniyyətə çıxdığını da qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin