Rusiyada may ayında dizel yanacağının istehsalı 10% azalıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin analitiklərinin fikrincə, buna səbəb Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) neft emalı zavodlarına etdiyi hücumlardır. Onlar qeyd ediblər ki, aprel ayında da Rusiyada dizel yanacağı istehsalı 10% aşağı düşmüşdü.
Agentlik qeyd edir ki, Rusiya Federasiyası hökuməti yanacaq ixracına qadağa qoyulması məsələsini nəzərdən keçirir. Bununla belə, mənbələr bildirir ki, qadağanın tətbiqi az eyhtimallıdır, çünki bu məhdudiyyətlər neft emalı zavodlarının işini daha da çətinləşdirəcək.
Bizim.Media




































































































