Hakan Fidan: “Hörmüz boğazı İranın nüvə proqramından daha vacibdir”

Hazırda oxunan: Hakan Fidan: “Hörmüz boğazı İranın nüvə proqramından daha vacibdir”

616259

“Ankara üçün Hörmüz boğazında sabitliyin təmin olunması İranın nüvə proqramı ilə bağlı məsələlərdən daha yüksək prioritet daşıyır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində səsləndirib.

Fidanın sözlərinə görə, Türkiyə hazırda Pakistan və digər bəzi ölkələrlə birlikdə ABŞ və İran arasında aparılan danışıqlarda vasitəçilik səylərində iştirak edir.

O qeyd edib ki, Hörmüz boğazı ətrafında yaranmış gərginlik həm ABŞ, həm də İran üzərində ciddi təzyiq yaradır və bu vəziyyətin enerji və ərzaq təhlükəsizliyi də daxil olmaqla qlobal təsirləri var.

Nazir vurğulayıb ki, mövcud şərtlər fonunda bölgədə sabitliyin təmin olunması məsələsi danışıqlarda nüvə proqramı mövzusundan daha önəmli hala gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin