40 milyon illik nadir kəhrəba tapıldı – FOTO

Hazırda oxunan: 40 milyon illik nadir kəhrəba tapıldı – FOTO

616213

Rusiyanın Kalininqrad şəhərində içində 40 milyon illik quş lələyi olan nadir kəhrəba nümunəsi tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dünya Okeanı Muzeyi məlumat yayıb.

Muzeydən bildirilib ki, bu cür tapıntılara çox nadir hallarda rast gəlinir. Rusiyada quş lələyi olan cəmi iki kəhrəba nümunəsi mövcuddur.

Tapıntının alimlər üçün xüsusi əhəmiyyət daşıdığı qeyd olunur. Çünki belə nümunələr qədim dövrlərin canlı aləmi və ekoloji şəraiti barədə əlavə məlumat əldə etməyə imkan verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin