Aybəniz Haşımovanın vəsiyyəti...

Hazırda oxunan: Aybəniz Haşımovanın vəsiyyəti...

616227

Əməkdar artist Aybəniz Haşımova vəsiyyətini açıqlayıb.

Bizim.Media “axşam.az”a istinadla xəbər verir ki, müğənni "Mədəni şou"da qızı Aynişandan söz açıb.

O bildirib ki, tək vəsiyyəti qızı ilə bağlıdır:

"Məni sevənlərə bir vəsiyyətim var: Balamı qorusunlar. Mən hamının balasına dua edirəm.

Yanımda nə qədər uşaq var, onlara ana, ata olmağa çalışıram. Bunun qarşılığında bir istəyim var: bu dünyadan köçəndə Aynişanı ağlamağa qoymasınlar. Yoxluğumu hiss etdirməsinlər. Mən sağ olanda necə rahat olubsa, elə olsunlar.

Əksini görüb o dünyada çatlayaram. Heç vaxt umacağım olmayıb, hər şeyi sevgi ilə gördüm. Bir arzum və vəsiyyətim var - övladımı qorusunlar. Aynişandan rahatam, amma dünyadan yox. Ömürdür, heç kim nədənsə sığortalanmayıb. Mənim səsimi, nəğmələrimi unutsunlar. İllərimi verdim. Buna görə deyirəm, mən Aybənizin bir övladı var. Ona sevgi bəxş etsinlər, bəsdir".

Bİzim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin