Türkiyə və Yaponiya birgə PUA istehsal edə bilər

Hazırda oxunan: Türkiyə və Yaponiya birgə PUA istehsal edə bilər

616230

Türkiyə Yaponiya ilə birlikdə pilotsuz uçuş aparatlarının (PUA) layihələndirilməsi və istehsalına başlaya bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaponiyanın "Nikkei Asia" nəşrinə verdiyi müsahibədə bu sahəyə böyük maraq göstərdiklərini bildirib.

Türkiyəli nazir qeyd edib ki, iki ölkə arasında bu istiqamətdə qurulacaq əməkdaşlıq son dərəcə perspektivlidir.

"Türkiyə və Yaponiya bir-birini tamamlayan imkanlara malikdir. Hesab edirik ki, qarşılıqlı faydalı əməkdaşlıq üçün burada böyük potensial var", — deyə Fidan vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə və Yaponiyanın birgə hazırlayacağı layihələr və istehsal sahələri xüsusilə sahil mühafizəsi və sərhəd təhlükəsizliyinin təmin edilməsi kimi sahələrdə böyük əhəmiyyət kəsb edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin