“Rasim Balayevin qəbirüstü abidəsi ilə bağlı mötəbər insanlarla söhbət etdim və mənə bildirildi ki, ortalığa yüksək səviyyədə iş qoyulacaq. Bununla bağlı fikirlər var”.
Bizim.Media xəbər verir ki, bunu “musavat.com”a şair Baba Vəziroğlu yaxın dostu, mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsi ilə bağlı danışarkən deyib.
O bildirib ki, hələlik konkret hazır layihə olmasa da bu istiqamətdə danışıqlar gedir:
“Standart layihə olmayacaq, Rasimin adına layiq bir iş təqdim ediləcək. Rasimin oğulları ilə əlaqə saxlamışam. Layihələr hazır olan zaman onları dəvət edəcəklər ki, baxsınlar”.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev martın 29-da Memorial Xəstəxanada vəfat edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:41 / 30.05.2026
Rasim Balayevin qəbirüstü abidəsi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Rasim Balayevin qəbirüstü abidəsi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Rasim Balayevin qəbirüstü abidəsi ilə bağlı AÇIQLAMA
616234
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































