Zelenski Rusiyaya qarşı yeni sanksiyaları TƏSDİQLƏDİ

Hazırda oxunan: Zelenski Rusiyaya qarşı yeni sanksiyaları TƏSDİQLƏDİ

616223

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTN) Rusiyaya qarşı yeni sanksiyalarını təsdiqləyib və onları Avropa İttifaqının Rusiyaya qarşı son sanksiyalar paketi ilə sinxronlaşdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Strana.ua" nəşri məlumat yayıb.

Qeyd olunur ki, Rusiya, Belarus, BƏƏ və digər ölkələrdə fəaliyyət göstərən 16 Rusiya vətəndaşı və 31 şirkət, o cümlədən rusiyalı hakim və prokuror sanksiyalara məruz qalıb.

Bundan əlavə, sanksiya siyahısına 19 İran vətəndaşı, yeddi Sudan vətəndaşı və 11 İran şirkəti daxil edilib.

Bundan başqa, siyahıda Rusiyanın hərbi-sənaye kompleksi müəssisələri, radioelektron mübarizə sistemləri istehsalçıları, pilotsuz uçuş aparatları üçün proqram təminatı və komponentlər hazırlayan şirkətlər, eləcə də neft, qaz və qızıl hasilatı ilə məşğul olan müəssisələr yer alıb.

Xatırladaq ki, mayın 23-də Ukrayna prezidenti 127 rusiyalıya və Rusiyanın 29 mülki ticarət gəmisinə qarşı sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin