Ötən gündən etibarən ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti fəsadsız ötüşməyib.
Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, Siyəzənin rayon mərkəzini Kiçik Həmyə kəndi ilə birləşdirən körpünü sel dağıdıb.
Güclü sel nəticəsində körpü tamamilə uçub. Nəticədə Siyəzən rayonunun Kiçik Həmyə kəndinə gedən əsas yolu bağlanıb.
Sakinlər məcburiyyətdən alternativ yollardan istifadə etməyə çalışırlar.
Körpünün uçması sakinlərin hərəkətinə maneə yaradır, məktəb və gündəlik gediş-gəliş baxımından kənd sakinləri çətin vəziyyətlə üzləşiblər.
Ərazidən görüntüləri təqdim edirik:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:45 / 30.05.2026
Sel körpünü dağıtdı, rayona gedən əsas yol bağlandı – VİDEO
Hazırda oxunan: Sel körpünü dağıtdı, rayona gedən əsas yol bağlandı – VİDEO
Hazırda oxunan: Sel körpünü dağıtdı, rayona gedən əsas yol bağlandı – VİDEO
616226
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































