İlham Əliyevdən 15 milyonluq sərəncam

Hazırda oxunan: İlham Əliyevdən 15 milyonluq sərəncam

30403

Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında sərəncam imzalayıb.

Sərəncamda bilditilir ki,Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təmin edilməsi, ərzaq məhsulları istehsalının artırılması, istehlakda idxaldan asılılığın azaldılması üçün aqrar sahəyə dövlət dəstəyinin bundan sonra da davam etdirilməsi öz aktuallığını saxlamaqdadır. İri taxılçılıq təsərrüfatlarının yaradılması, ehtiyatda olan torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi, eyni zamanda istismarda olan taxılyığan kombaynların əksəriyyətinin mənəvi və fiziki cəhətdən köhnəlməsi əlavə taxılyığan kombaynların alınmasını zəruri edir. Bu məqsədlə taxılçılıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarının bu il taxılyığan kombaynlara ehtiyacını təmin etmək üçün 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15,0 (on beş) milyon manat ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin