On bir ayın sultanı - Müsəlmanlar niyə qan içindədir? - GÜNÜN İCMALI

Hazırda oxunan: On bir ayın sultanı - Müsəlmanlar niyə qan içindədir? - GÜNÜN İCMALI

180704

Moderator.az günün vacib siyasi hadisələrini diqqətinizə çatdırır.xa0

-Artıq neçə gündür ki, dünya xəbərlərinin manşetində müsəlman ölkələrində baş verən hadisələr gəlir və bu bütün islam dünyası üçün bayram ayı sayılan Ramazanda baş verir. Qətər dövləti ətrafında baş verən diplomatik böhran bu gün dolayısı ilə İranda qanlı hadisələrlə davam edib. İran parlamentinə və Xomeyni türbəsinə silahlı hücum nəticəsində 12 nəfər ölüb, 43 nəfər yaralanıb, 4 terrorçu öldürülüb. İranı adətən terroru dəstəkləyən ölkə kimi Qərb həmişə tənqid edib.Bu dəfə xa0hədəfdə İran özü oldu. İran tərəfi bu terrorda Səudiyyə Ərəbistanını ittiham edir, “İslam dövləti”x9d adlanan terror təşkilatını maliyyələşdirməkdə və digər xa0əlaqələrdə günahlandırır. Son anda isə məlum olub ki, terrorda iştirak edənlərin hamısı İran vətəndaşlarıdır. Bu çox təhlükəlidir. Ekspertlər qlobal sünnü- şiə qarşıdurmasının başlamasından, hətta böyük müharibəyə keçməsi təhlükəsindən də əndişələnirlər. xa0Ramazan ayı girəndən terror nəticəsində 85 adam həlak olub. Suriya və İraqda gedən döyüşlərdə ölənləri də bura əlavə etsək, qanlı bir həftənin yaşandığını demək olar. Ötən il Ramazanda təkcə Suriya və İraqda 5200 müsəlman terrorun qurbanı olub.

- İraqın Kürd Muxtariyyəti müstəqil dövlət statusu qazanmaq üçün xa0bu ilin 25 sentyabrında referendum keçirməyi qərara alıb. Türkiyənin reaksiyası hələlik məlum deyil. Suriya kürdlərinin də Türkiyə sərhəddi boyu muxtariyyət əldə etmə istəkləri ABŞ-ın, Rusiyanın dəstəyilə reallaşmağa yaxındır. Türkiyənin daxilində PKK-nın da bu istiqamətdə fəallaşacağı və daha konkret addımlar atacağı gözlənilir. Türkiyə bu məsələdə faktiki dünya güclərinin hədəfindədir. Təəssüf ki, Türkiyənin Qərbə qarşı yönəlik siyasəti davam edir.

-ABŞ prezidenti Tramp Federal Təhqiqat Bürosu şefliyinə Kristofer Reyin namizədliyini verib. Rey əvvəllər baş prokurorun köməkçisi vəzifəsini tutub. xa0

-Jirinovskinin partiyası Dövlət Dumasına Rusiya Federasiyasının indiki himninin yerinə 1834-cü ildən 1917-ci ilə kimi Rusiya imperiyasının xa0“İlahi , çarı hifz elə”x9d himni ilə əvəz etmək üçün qanun layihəsi təqdim edib. Bu addım bir daha xa0imperiya ambisiyalarının Rusiya ictimaiyyətinin təfəkkürünə son illərdə hakim kəsildiyinə bir sübutdur.

xa0-Azərbaycanda nə baş verir? Bu gün xa0keçmiş MTN-in müavini Hilal Əsədovun məhkəməyə gəlməsi mətbuat üçün bir nömrəli xəbər olub. Ziya Məmmədovun oğluna mənsub olan KFC-restoranlarının “Gilan holdinq”x9də verilməsi də ölkənin “önəmli “xəbərləri sırasındadır.xa0
Bu onu göstərir ki, hər bir ölkənin özünəməxsus vacib hadisələri var.

P.S. Qarabağdan olan məcburi köçkünlərin Yasamalda yaşadığı yataqxana yanıb. Əvvəldən bəxtsiz köçkünləri yenə harasa məcburi köçürəcəklər. O yer Qarabağ deyil.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin