Qarşıdan qondarma “erməni soyqırımı”x9dnın növbəti ildönümü gəlir. Maraqlıdır, uydurma soyqırım iddiasının Azərbaycana aidyyatı varmı? Ölkəmiz məlum erməni yalanına qarşı mübarizə aparmalı, öz səylərini Türkiyə ilə birləşdirməlidirmi?
Moderator.az-a açıqlama verən “Borçalı”x9d Cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədli bu iddianın yalnız Türkiyəni deyil, həm də Azərbaycanı hədəf aldığını vurğuladı:
“Türkiyəyə qarşı saxta erməni soyqırımı iddiası dolayı və birbaşa formada Azərbaycana da aiddir. Çünki Azərbaycana qarşı da irəli sürülən iddialar var. Bu, Türkiyədən başladılan və Azərbaycana doğru yön alan bir prosesdir.
Ermənilər Türlkiyəni içəridən vurmaq üçün xarici düşmənlərlə işbirliində olub. Bunu tarixçilər də qeyd edir. Türkiyə arxivləri açmağa hazır olduğunu bildirib və prosesin siyasi müstəvidən hüquqi müstəviyə çıxartmağa çalışır. Potensialının zənginliyinə, milli qürurun yetkinliyinə baxmayaraq, Azərbaycanda rəsmi səviyyədə bu məsələlər sadəcə dekorasiya xatirinə olur və kampaniya xatirinə yürüdülür. Bir firqənin boynuna hesablanan təbliğatın tərkib hissəsinə çevrilir. Yəni milli məzmununu itirir. Bu səbəbdən də biz məlum məsələdə ciddi nəticələrin əldə edildiyindən danışa bilmərik”x9d.
xa0
Seymur Əliyev
xa0






































































































