"İri supermarketlər bizi aldadırlar, nə vergi güzəşti istəyirlər?"

Hazırda oxunan: "İri supermarketlər bizi aldadırlar, nə vergi güzəşti istəyirlər?"

137121
Mayın 18-də Vergilər Nazirliyi mətbuat üçün ənənəvi konfransını keçirib. Musavat.com xəbər verir ki, tədbirdə vergilər nazirinin bir neçə müavini iştirak edib. Nazir müavini Sahib Ələkbərov çıxışında bildirib ki, dövlət başçısı İlham Əliyevin göstərişi ilə islahatlar davam etdirilir. Həmçinin vergi toplamalarına yanaşmalarda da islahat aparılıb: “Əraziərdən vergi daxilolmalarının artmasında maraqlıyıq. Ölkə başçısının verdiyi tapşırıq bundan ibarətdir ki, regionlar öz-özlərini maliyyələşməyə keçməlidir. Bununla bağlı nazirlikdə struktur islahatı aparmışıq, yeni qurum yaradılıb. Yeni qurum ciddi işlər görməkdədir. Nazirlikdə ciddi struktur dəyişikliyi aparılıb. Vergi cinayətlərinin araşdırılması, təhlili və vergi borclarının məcburi alınması baş idarəsi yaradılıb. Biz çalışırıq ki, büdcənin vergi daxilolmaları artsın. Vergi yoxlamaları isə azalıb”x9d.

Ə.Ələkbərov deyib ki, dövlət başçısının göstərişlərinə və ölkədə yaranmış yeni iqtisadi şəraitə uyğun olaraq biznes mühitinin daha da yaxşılaşdırılması üün həm qanunvericilik səviyyəsində, həm də vergi inzibatçılığında geniş islahatlar həyata keçirilir, ölkədə sahibkarlığın inkişafına yönəldilmiş konkret addımlar atılır: “Sahibkarlıq subyektlərində dövlət qurumları tərəfindən aparılan bütün yoxlamalar və nəzarət tədbirləri vergi yoxlamaları istisna olmaqla, 3 il müddətinə dayandırılıb. Sahibkarlığın inkişafına əngəl yaradan halların aradan qaldırılması, dövlət orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, şəffaflığın təmin edilməsi istiqamətində tədbirlər həyata keçriilib. Vergilər Nazirliyi öz səlahiyyətləri çərçivəsində kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və üç istiqamət istisna olmaqla, əsər operativ nəzarət tədbirlərini dyaandırıb. Ötən ilin 4 ayına nisbətən cari ilin müvafiq dövründə səyyar vergi yxlamalarının sayı 45,1 faiz, kamera vergi yoxlamaları təxminən 2,5 dəfə, operativ nəzarət tədbirlərinin sayı isı 13 dəfə azaldılıb. Cari ilin əvvəllərində vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə ölkədə vergi yükü azaldılıb, vergi inzibatçılığının çevikliyi təmin edilib. Bütün bunlar biznes mühitinin səmərəliliyinə, vergi ödəyicilərindən daxil olan şikayətlərin azalmasına, sahibkarların rahat fəaliyyət göstərməsinə, vergi daxilolmaları üzrə proqnoz tapşırıqlarının icrasının təmin edilməsinə öz müsbət təsirini göstərib. 2016-cı ilin yanvar-aprel ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 204 milyon 972,7 min manat vəsait daxil olub. Proqnoz tapşırığına 104,8 faiz əməl edilib”x9d. 

Nəzarət tədbirlərinin sayının azaldılmasından sui-istifadə edərək biznes subyektlərinin uçot-hesabat işlərində qeyri-şəffaflığa, dövriyyənin gizlədilməsinə, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edilməsinə, saxta akzisli əmtəələrin satışınının təşkili və sair kimi qanun pozuntularına yol verilməsi hallarının sayı hələ çox olduğunu diqqətə çatdıran S.Ələkbərov, cari ilin ötən dörvrü ərzində keçirilmiş xronometraj müşahidələr nəticəsində, habelə məsafədən məlumat ötürmə qurğuları quraşdırılıb. Bir sıra iri ticarət obyektlərində ticarət dövriyyəsinin dəfələrlə, hətta bəzən on dəfədən də çox azaldıldığının aşkar edildiyini bildirib. O, belə vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlərin görüldüyünü, həmin tədbirlərin bundan sonra da davam etdiriləcəyini və vergi qanunvericiliyinə əməl etməyənlərə qarşı daha sərt tədbirlər görüləcəyini vurğulayıb. 

S.Ələkbərov iri supermarketlərin vergi güzəştləri istəməsindən də danışıb: “İri ticarət şəbəkələrinin sahibləri hökumətdən əlavə dəyər vergisi ilə bağlı güzəşt istəyir. İri supermarketlər vergi güzəştləri istəyir. Vergilər naziri Fazil Məmmədov bu məsələyə birmənalı fikrini bildirib. Onlar ƏDV-dən niyə azad olunmalıdırlar ki? Bəs dövlət büdcəsi nə ilə doldurulmalıdır? ƏDV ümumi vergidaxilolmalarının təxminən üçdə birini təşkil edir. Onlar populist çıxışlarla məsələdən təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Dövlət qurumunun təhdid edlməsi doğru deyil. Supermarketlərdə apardığımız yoxlamalar aşkara çıxarıb ki, iri obyektlər ticarət dövriyyələrini dəfələrlə, hətta 15-20 dəfə azaldıblar. Nə vergi güzəşti istəyirlər bizdən?”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin