2-5 aprel döyüşlərindən sonra təmas xəttində vəziyyətin gərginləşməsi ölkə daxilində milli birliyi gücləndirmək, iqtidar və müxalifət münasibətlərini yumşaltmaq, tərəflər arasında dialoq və anlaşma məsələsini yenidən aktuallaşdırıb. Maraqlıdır, Ermənistan hakimiyyətinin müxalifətlə görüşlər keçirdiyi bir zamanda Azərbaycan iqtidarı da müxalifətlə yenidən dialoq masası arxasına otura bilərmi? Mövcud situasiyada buna ehtiyac varmı?
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən tanınmış ziyalı, Milli Şuranın sədri Cəmil Həsənli
hakimiyyətin buna hazır olmadığını vuruladı:
"Azərbaycan hakimiyyəti
təmas xəttində vəziyyətin gərginləşməsinə baxmayaraq belə bir addım atmayıb. Amma
bunun əvəzində AXCP sədri Əli Kərimlinin evinin qarşısında gülünc, rüsvayçı
mitinqlər təşkil edib. Bütün bunlar Azərbaycan hakimiyyətinin hər hansı məsələdə
müxalifətlə fikir mübadiləsi aparmaq, səmərəli ideyalar təklif etmək fikrindən
uzaq olduğunu bir daha göstərdi. Mənə elə gəlir ki, Azərbaycan hakimiyyəti buna
hazır deyil".
Seymur Əliyev







































































































