Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində 2-5 aprel tarixində baş verən qarşıdurma və bu qarşıdurmanın nəticələri bu gün də cəmiyyətdə ciddi müzakirə mövzusudur. Düşmən həmləsini dəf edən ordumuzun əks-hücumla bir neçə kənd və yüksəkliyi ələ keçirməsi bütün Qarabağın qısa zamanda azad edilməsi ilə bağlı gözləntilərə yol açıb.
Maraqlıdır, 2-5 aprel döyüşlərinin nəticəsi Ermənistanı Qarabağ probleminin sülh yolu ilə həllinə vadar edə bilərmi? Yoxsa bunun üçün düşmənə daha ağır, daha sarsıdıcı zərbənin endirilməsinə ehtiyac var?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən siyasi şərhçi Elxan Mehdiyev aprel döyüşlərinin ermənilər üçün kifayət qədər ciddi xəbərdarlıq olduğunu vurğuladı:
“Ilkin olaraq ermənilərə belə bir mesaj verildi. Gösətrildi ki, əgər ermənilər əvvəlki kimi, son 20 il ərzində apardıqları siyasətini davam etdirsələr, status-kvonu saxlamağa çalışsalar, belə bir niyyət sərgiləsələr buna nail ola bilməyəcəklər. Onların bu niyyəti baş tutmayacaq. Bu mesaj yalnız ermənilərə deyil, bütün dünya ictimaiyyətinə, xüsusilə də həmsədr dövlətlərə verildi. Azərbaycan bununla göstərdi ki, torpaqlarının ititirlməsi, erməni işğalında qalması ilə razılaşmır, razılaşmayacaq və bu torpaqları azad etmək üçün ən radikal addımlar atmağa da hazırdır. Proseslərin sonrakı inkişafı da göstərdi ki, məsələyə bütün dünya müdaxilə etdi. Məsələnin ciddiliyini bir daha anladı.
Dünya təcrübəsi də göstərir ki, bu cür hallardan sonra istənilən münaqişənin ya tam həlli baş verir, ya da onun həllində çox böyük irəliləyiş müşahidə olunur. Bu hadisəni də həmin məcraya qatmaq, həmin kateqoriyaya aid etmək olar.
2-5 aprel döyüşlərindən sonra erməni tərəfi də əmin oldu ki, Azərbaycan ordusu 90-cı illərin odusu deyil. Erməni hərbi-siyasi rəhbərliyi hazırda vahimə və qorxu içərisindədir. Onlar siyasi baxımdan da izolyasiya olunub. Belə ki, heç bir dövlət onları dəstəkləmir. Ermənistanın müttəfiq saydığı Rusiya belə bu işğalı dəstəkləmir. Buna görə də hazırda ermənilər olduqca ağır durumdadır. Buna görə də Azərbaycanın siyasi rəhbərliyi gərək bu vəziyyətdən istifa edib Azərbaycan ordusunun hərbi qələbəsini siyasi müstəvidə qələbəyə çevirsin”x9d.
Seymur Əliyev



































































































