MTN-də həbs edilən qadın general kimdir? - FOTO

Hazırda oxunan: MTN-də həbs edilən qadın general kimdir? - FOTO

101593
Milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunduqdan az sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin Mili Təhlükəsizlik Nazirliyində (MTN) əməliyyat keçirdiyi barədə məlumat verilib.

Məlumatda deyilir ki, əməliyyat nəticəsində MTN-nin Monitorinq Xidmətinin rəsisi general Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev və bir neçə başqa general həbs olunub.
Mediada yayılan məlumatlara görə, nazir müavini general Hilal Əsədov da həbs olunub. Məlumata görə, həbs olunan generallar arasında qadın da var. Həmin generalın adı Natavan Mürvətovadır.
Onun MTN-nin Əməliyyat Texniki idarəsinin rəisi olduğu bildirilir. Natavan Mürvətova 2009-cu ildə general-mayor rürbəsi verilib. 2013-cü ildə isə o, “Vətən uğrunda”x9d medalı ilə təltif olunub./azpolitika.info/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin