Adı planetə verilən alim professor: “Alimin yaşayışı əvvəllər qat-qat yaxşı idi”

Hazırda oxunan: Adı planetə verilən alim professor: “Alimin yaşayışı əvvəllər qat-qat yaxşı idi”

606601

 

 

“Əmək haqqının azlığı  elmin inkişanı ləngidir”

 

 

Bunu Moderator.az-a açıqlamasında astronom alim, professor Əyyub Quliyev deyib. Hazırda Azərbaycanda astronomiya elminin zəif inkişaf etdiyini deyə alim bunun səbəblərini də açıqlayıb:

 

 

“Astronomiya elmi zəif tempdə də olsa inkişaf edir. Ancaq arzu olunardı ki, bu istiqamətdə geniş dəyişikliklər olsun. Astronomiya sahəsində çox işlər görülə bilər. Xarici əlaqələr genişləndirilməli, təzə texnika alınmalı, gənclər elmə cəlb edilməli, əməkdaşların sosial vəziyyəti yaxşılaşmalıdır. Elmin başqa sahələrində olduğu kimi, burada da maaş çox aşağıdır. Bütün bunların  hamsı elmin inkişafını ləngidir”.

 

“Onların sosial vəziyyətləri indikindən qat-qat yaxşı idi

 

 

Beynəlxalq Astronomlar İttifaqının da üzvü olan alim Sovet dövründə elmin vəziyyətinindaha yaxşı olduğunu bildirn alim geriliyi aradan qaldırmaq üçün görülməli işləri qeyd etdi:

 

“Bu gün astronomiya sahəsində qadınlar say etibarıla üstünlük təşkil edir. Bu sevindirici haldır. Lakin bizim sahə kişilər üçün daha əlverişlidir.  Çünki gecə işləri, ailən uzaq qalmaq və s, kimi hallar yaşanır. Kişilər daha çox gəlir gətirən sahələrə istiqamətlənirlər. Sovet dövründə vəziyyət əksinə idi. Elm adamlarının maaşı yüksək  olduğundan bura tələbat da çox idi. Onların sosial vəziyyətləri indikindən qat-qat yaxşı idi. Bu gün elm adamlarının sosial vəziyyətləri düzəlməlidir. Buradakı maaşlar digər sahələrə bərabər, hətta bir az da artıq olmalıdır. Arada bir müəyyən artımlar olsa da, bu geriliyi aradan qaldırmaq çətin olur”.

 

 

Qeyd edək ki, 1999-cu ildə ABŞ-ın Lovell Rəsədxanasının aşkar etdiyi yeni kiçik planet həmsöhbətimiz Əyyub Quliyevin şərəfinə adlandırılıb və müvafiq astronomik kataloqlarda həmin kiçik planet "ayyubguliev" adı və 18749 nömrəsi altında qeydiyyatdan keçib. Eləcə də, onun təşəbbüsü və vəsatəti ilə daha üç kiçik planetə “Nizami”, “Tusi və Cavid” və “Nəsimi” adı verilib.

 

Alim 2011-ci ildə Beynəlxalq Sokrat mükafatına layiq görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin