“Sonda Vaşinqton İsrailin mövqeyini birbaşa dəstəkləməyə məcbur olacaq…”
“Tramdan sonra Bayden administrasiyasında İran məsələsi ilə bağlı bir gərginlik vardı. İsraillə Ağ Evin mövqeyi ciddi şəkildə fərqlənirdi. Lakin İsrailin İranın hərbi obyektlərinə son zərbələrindən sonra Baydenin seçim etmək imkanları azdır. Sonda Vaşinqton İsrailin mövqeyini birbaşa dəstəkləməyə məcbur olacaq”.
Bunu Moderator.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib.
“İsrailin Birləşmiş Ştatlardakı nüfuzunu heç kəs dana bilməz. Bu, bir faktordur. Və bu baxımdan Qərb koalisiyası hələ də formalaşmaqdadır. Ərəb koalisiyası da artıq İranla konfrontasiya yolunu seçməkdədir... Bir maraqlı sual da Rusiyanın mövqeyi ilə bağlıdır. Burada vəziyyəti izləmək lazımdır. Bununla bağlı dəqiq fikir söyləməyə hələ hazır deyiləm. Düzdü, artıq Moskvada İran hərbi obyektlərinə edilən zərbələri rəsmən pisləyiblər. Amma aşağı səviyyədə... Hər halda ermənilərin İranda olan maraqları da sıfıra enib. Çünki İranın Zəngəzur mövzusuyla məşğul olmağa heç cür imkanı olmayacaq”- deyə sabiq baş diplomat davamında bildirib.
Sultan Laçın































































































