"Vova. Volodya. Vladimir. Putin Rusiyasının gizlinləri"...

Hazırda oxunan: "Vova. Volodya. Vladimir. Putin Rusiyasının gizlinləri"...

583217
"Burada nə var ki? Nukahdankənar oğuldur, Qoqa onunla necə davrana bilərdi?.."
 
"İkinci atalığı əsl stalinçi, NKVD-çi, əsl kommunist təfəkkürlü olub və oğulluğunu belə tərbiyə edib..."
 
"Putin öz gürcü bacıları və anası ilə ünsiyyətdə olmayıb və DTK-da işləyərkən onlardan üz döndərib..."
 
"Nədən Putinin əsl doğum  tarixi rəsmi doğum tarıxindən fərqlidir?.."
 
"Kreml rəhbərinin rəsmi tərcümeyi-halında yalan var, amma bu yalan balaca Volodya üçün yeganə həqiqətə çevrilib..."
 
"Birinci atalığı balaca Putini qəddarcasına döyüb, Stalin "NKVD"-çisi
olan ikinci atalığı da onu döyüb..."
 
Rusiya prezidenti Vladimir Putunin iki atalığı olub və hər ikisi uşaqlıq illərində onu qəddarcasına döyüb.
 
Moderator.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində Polşa yazıçısı və jurnalisti, Putinin tərcümeyi-halını tədqiq edən Kristina Kurçab-Redlix danışıb.
 
Onun sözlərinə görə, Putinin ilk atalığı Rusiyanın gələcək prezidentinin anasının Özbəkistanda praktikada tanış olduğu, sonradan oğlu ilə Gürcüstana köçən Georgi Osepaşvili adlı birisi olub.
 
"O, orada bu Georgi Osepaşvili ilə yaşayıb və o, əvvəlcə bu oğlanı qəbul edib. O, gürcülərin hamısının xoşuna gəlib. O, necə də körpə olub, açıq rəngli saçları və gözləri ilə diqqəti cəlb edib...Amma sonra qadının bu Georgidən övladları dünyaya gələndən sonra onun bu oğlana qarşı münasibəti getdikcə pisləşib. Birincisi, onlar çox kasıb yaşayıb. Vova çox vaxt ac qalıb. Həm də Georgi onu qəddarcasına döyüb. Bu barədə Metexi kəndinin bütün sakinləri danışıb. Onlar bu oğlana görə təəssüf hissi keçirib. Bəziləri onun halına acıyıb, digərləri isə deyib: "Burada nə var ki? Nikahdankənar oğuldur. Məlumdur ki, Qoqanın belə davranmağa ixtiyarı olub", - jurnalist danışıb.
 
Yazıçı iddia edir ki, oğlanı böyütmək üçün onu Sankt-Peterburqdakı qohumlarına veriblər, məhz onlar hazırda Putinin valideynləri hesab edilir.
 
Kurçab-Redlix deyib ki, yeni atalığı da Putini möhkəm döyüb, amma əvvəlki atalığıtək nifrətdən deyil, oğlanı başqa cür tərbiyə edə bilməməsinə görə bunu edib.
 
"O, əsl NKVD-çi (NKVD-Daxili İşlər Xalq Komissarlığı-red.) olub, müharibədən öncəki NKVD-çi, mütləq stalinçi, əsl, çox ağır, kommunist təfəkkürlü adam olub. O, oğlanı düşündüyü kimi onun üçün ən yaxşı üsulla tərbiyə edib", - o, qeyd edib.
 
"Putin öz gürcü bacıları və anası ilə ünsiyyətdə olmayıb..."
 
Yazıçı deyib ki, Putinin əsl bacıları Gürcüstanın paytaxtı Tbilisidə yaşayır.
 
"İki bacısı və, deyəsən, qardaşı var, amma onun haqqında heç nə eşitməmişəm. İki bacısının olması dəqiqdir. Onlar Tbilisidə yaşayır", - o, deyib.
 
Onun sözlərinə görə, Putinin əsl qohumları "anası kimi, Volodya ilə hansısa əlaqə yaratmağı çox istəyib".
 
"Bu əlaqə tamamilə kəsilib. Onun valideynləri, yəni babası və nənəsi anasına deyib: "Biz onu internata vermişik. O, səninlə danışmaq istəmir". Və onun böyük bacısı Sofya dəfələrlə zəng edib, amma ona cavab verilib: "O, sizinlə danışmaq istəmir". Sonra isə, o, böyüyəndən sonra anasına deyiblər: "O, DTK-da işləyir. O, sizinlə əlaqə saxlamayacaq". Vəssalam. O, bu ailə ilə bütün əlaqələrini kəsib. Tamamilə kəsib. O, heç vaxt onlara dəstək verməyib...Nəinki dəstək verməyib, onlardan üz döndərib", - o, izah edib.
 
Kurçab-Redlix iddia edir ki, FTX əməkdaşları "bu anaya və bacılara deyib ki, heç bir jurnalistlərlə ünsiyyətdə olmasınlar, bu, qadağandır".
 
"Ən vacibi odur ki, oraya iki tibb bacısı gəlib, bu qadından qan və hansısa əşyaları tədqiqat üçün götürüblər. Və qadın deyib: "Bəli, mən DNT testindən keçə bilərəm. Buyurun". Lakin onlar yoxa çıxıb, daha heç kim sonradan bu mövzuda danışmayıb. Mən oraya, Metexi kəndinə gedəndə, xoşbəxtlikdən, bu söhbəti aparmağa mənə qadağan edə biləcək qızlar olmayıb. Amma mən böyük boltla və böyük qıfılla bağlı olan metal barmaqlıq arxasından danışırdım. Mən onunla küçədə dayanaraq danışırdım, o isə daxildə olub. O, həmişə hamıya dediklərini danışıb və bunlar əsl həqiqətdir. O, ağlayaraq oğlunun ondan üz döndərdiyini deyib. Və o, mənə deyib: "Mən onu anlayıram. Mən onu qızlarıma qurban vermişəm", - o, danışıb.
 
"Nədən Putinin əsl doğum tarixi rəsmi doğum tarixindən fərqlidir?.."
 
Yazıçı deyib ki, Vladimir Putin tərcümeyi-halında göstəriıdiyi kimi, 1952-ci ildə deyil, 1950-ci ildə doğulub və onun uşaqlığı Gürcüstanda keçib.
 
"Doğum tarixləri arasında nədən bu fərq var? Çünki o, Gürcüstandan başqa ailəyə köçəndən sonra birinci sinfə getmək üçün yeni metrika (doğum haqqında şəhadətnamə-red.) düzəldilib. Yəni onun Gürcüstanda bitirdiyi üç sinif heç cür sayılmayıb. Düşünürəm ki, ilk növbədə ona görə ki, orada, axı, rus dilində deyil, gürcücə danışırdılar. Düşünürəm ki, Volodya rusca pis danışıb, o, hər şeyi yenidən başlamalı  olub. Bunun üçün yeni metrika düzəldilib. O, yeni metrikada göstərildiyi kimi, 1952-ci ildə deyil, 1950-ci ildə anadan olub", - o, deyib.
 
Onun sözlərinə görə, Kreml rəhbərinin rəsmi tərcümeyi-halında yalan var, "amma bu yalan balaca Volodya üçün həqiqətə, yeganə həqiqətə çevrilib".
 
"O, öz həyatında hər şeydən öncə nəyi öyrənib? Onu öyrənib ki, həyat yalan üzərində bərqərar olub. Onun indiyədək bütün həyatı bir atalığından yaşadığı zotakılıq olub, leninqradlı atalığı da onu döyüb, - Kurçab-Redlix izah edib.
 
Kontekst:
 
Putinin rəsmi tərcümeyi-halında deyilir ki, o, Leninqradda doğulub, onun anası Mariya Şelomova, atası Vladimir Putindir.
 
Putinin tərcümeyi-halını tədqiq edən Kurçab-Redlix "Vova. Voloya. Vladimir. Putin Rusiyasının gizlinləri" kitabını yazıb. Kitabda iddia edilir ki, Putinin anasının adı əslində Vera Putinadır və o, onu Leninqradda deyil, Perm diyarının Terexino kəndində dünyaya gətirib. Putinin bioloji atası olan Platon Privalov ilə anası nikahda olmayıb. Jurnalistin məlumatına görə, sonradan qadın gürcü Georgi Osepaşviliyə ərə gedib və oğlu ilə onun yanına, Gürcüstana köçüb. Kurçab-Redlix müəyyən edib ki, Putinin atalığı ilə münasibətləri mürəkkəb olub, o, tez-tez onun tərəfindən döyülüb. Ona görə də oğlan Sankt-Peterburqda qohumlarına verilib, onlar Putinin rəsmi valideynləri hesab edilir.
 
Rusiya KİV-ləri, o cümlədən "Qazeta.ru" Putinin rəsmi tərcümeyi-halından yazanda, xatırlayır ki, Putinin iki böyük Viktor və Albert adında qardaşları var və onlar onun dünyaya gəldiyindən öncə ölüblər. Putinin özü Leninqradın blokadası zamanı həlak olan Viktor adlı qardaşını xatırladıb. Kurçab-Redlix "Belsat" kanalına müsahibəsində deyib ki, Viktor və Albert həqiqətən olublar, bunlar Sankt-Peterburqda Putini tərbiyə edən ailə cütlüyünü  oğullarıdır, Putinin qardaşları deyil.
 
Vera Putina indiyədək Gürcüstanda yaşayır. 2022-ci ilin martında "Formula" gürcü kanalı Metexi kəndinə gedərək (bu kənd Qoridən 20 km aralıda yerləşir), amma qadını tapa bilməyiblər. Yerli sakinlər deyib ki, o, hazırda qızı ilə yaşayır, amma KİV-ə şərh etməyiblər. Bəziləri onun oğlunu xatırlayır və təsdiq edirlər ki, söhbət Rusiya prezidentindən gedir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin