“Məmməd Tahirin poetik düşüncəsinin mərkəzində insan durur”x9d

Hazırda oxunan: “Məmməd Tahirin poetik düşüncəsinin mərkəzində insan durur”x9d

89493
Dahi rus yazıçısı Lev Tolstoy yazırdı ki, “Ədəbiyyat insanı tənhalıqdan xilas edir. Bu həm yazara aiddir, həm də oxucuya. “Mən məktəb illərində Naxçıvanda çıxan “Şərq qanısı “ qəzetində şagird təxəyyülü ilə yazdığım şeirlərimlə ara-sıra çıxış edərdim və Naxçıvanın şair və yazıçılarının yaradıcılıqları məni tənhalıqdan ayırardı. Elə o vaxtlardan Məmməd Tahir adlı yazarın şeirlərini də oxuyardım və bu şeirlər mənə xoş ovqat bəxş edərdi. 
Mən Məmməd Tahiri ulu Naxçıvanın vüqarlı dağlarında susuz qalıb cücərən yabanı bitki kimi, təkcə Allahın sevgisi ilə göyərən bir gənc yazar kimi tanımışam. Şeirlərində haqq-ədaləti axtaran Məmməd Tahir böyük-böyük bəşəri ideyalarla və duyğularla yaşayan, haqsızlıqlarla barışmayan şair-vətəndaşdır. O, yaşadığı və barışdığı bu fani dünyadan çox-çox razı olsa da, “Günəşin bir azdan doğacağını düşünür.”x9d İsti qələm sahibi Məmməd Tahirin şeirləri qısa, kəsə mahiyyətcə dolğun və bitkindir. Yazı tərzi lakonik olduğundan oxucu şeirlərdən yorulmur, əksinə şeiri sonadək oxumaq istəyir! Məmməd Tahir dərk ediyi sözün mahiyyətini ucaldıb, bədii təsvir vasitələrinin dili ilə oxucuya çatdıra bilən söz sahibidir. “Bir payız yağışı “ şeirində şairin etiraflarını açıq şəkildə duyuruq. Dünyanın əşrəfi qadına sonsuz sevgi və məhəbbət yağış suyu qədər saf və pakdır . “Gilənar çiçəyi”x9d şairin gözündə aydınlıq və gözəllik təntənəsidir. “Gendən baxır”x9d şeirini təhlil edib fikir söyləmək, mənə elə gəlir ki, ancaq və ancaq Məmməd Tahirin özünə aiddir. Çünki bu şeirdə ilahi sevgi özünün pik nöqtəsindədir. “Mən səni tanıdım”x9d şeiri hamının, bütün oxucuların bəyənəcəyi və sevəcəyi şeirlərdəndir. “Qapına gəlmişdim”x9d, “De ki”x9d, “Soyuq yağışlar yağır”x9d, “Hər gecə”x9d, “Sözün önündə”x9d, “Nə”x9d, “ Kişi nəfəsi”x9d, “Meydan“, “Bir qaçqın havası“, “Ölüm düşdü gözdən“ şeirləri hamıya yaxın fikirlərin təcəssümüdür. Şair qələminin ən uğurlu tapıntılarından biri “Şöhrət”x9d şeiridir: Şöhrət əlindən tutub, Alıb getsə birini. Şöhrət başda tac olar, Adam bilsə yerini. Şair-pedaqoq Məmməd Tahirin yaradiciliğinda başlıca cəhət ondan ibarətdir ki , o, cəmiyyətlə bağlı istənilən problemi problem kimi verməyi bacarır . Ona görə də O, şair-vətəndaş mövqeyində qətiyyətlidir Məmməd Tahir böyük müşahidə qabiliyyyətinə malik şairdir . Hələ Sovetlər dönəmində bir qrup ağdərili yazar Afrika ölkələrinin ədəbiyyatı və yazarları ilə tanışlıq məqsədi ilə o ölkələrə üz tuturlar. Yekun müzakirələrdə Afrika yazıçılarının yaradıcılıqlarında ana mövzunun nədən ibarət olduğunu dəqiqləşdirirlər. Tənqidçilər həmin ölkələrdə yazarların su qıtlığına münasibətlərini büruzə verməklərini təbii hall kimi qəbul edirlər . Bir oxucu kimi mən isə Məmməd Tahirin şeirlərinin hamısında “sevgi”x9dnin birinci yerdə olduğunu gördüm. Mənə elə gəlir ki, real cəmiyyətimizdə şairin axtardığı o ülvi hislər: məhəbbət anaya, ataya, yurda, torpağa, təbiətə, suya, çaya, dağa, daşa, canlı insana hec də yetərincə deyil. Ona görə də Məmməd Tahir sanki cəmiyyətimizdə baş verən çatışmazlıqlara görə “korluq “ çəkir, bu halların baş verməməsi üçün öz içində axtarışlar aparır. Məmməd Tahir hər söz hesabına qələmini yoran, nə də qələmi hesabına sözü ucuzlaşdıran şairlərdən deyil. Məmməd Tahirin şeirlərində yüksüz misra, bir-birinə yad söz yoxdur. Şairin yaradıcılığına az-çox bələd olan oxucu dəqiq başa düşür ki, insan Məmməd Tahirin poetik düşüncəsinin mərkəzində durur. Məmməd Tahir elə bil olmuş, baş vermiş hər hansı bir hadisəni ulu Naxçıvana xas olan bir ləhcə ilə danışır. “Mağara əshabələri”x9d pyesində “Əsahabi- Kəhf”x9d mağarasından danışan şair dostum tariximizi göylərə ucaldır, özünün Yaradana, Tanrıya nə qədər yaxın olduğunu oxucuya çatdırır və ədalətin hər yerdə zəfər çalacağını vurğulayır. Şair dostum Məmməd Tahir ömrünün 60 ilini ləyaqətlə başa vurdu. O, yaşadığı bu 60 ildə gözəl pedaqoq, gözəl insan və şair kimi çoxlarının qəlbində özünə yer tapdı. Mən Məmməd Tahir yaradıcılığını yola bənzədirəm. O yola ki, keçildikçə hamarlanır, tarazlaşır. Mən onu suya bənzədirəm. O suya ki, içildikcə daha da saflaşır və paklaşır. Mən Məmməd Tahiri orta sürətlə uzun yola çıxan qatara bənzədirəm və arzu edirəm ki, bir çay kimi coşan və ülvi duyğularla dolu olan şair dostumun qələmi həmişə iti və kəsərli olsun. Məmməd Tahir həm də Yeni Azərbaycan Partiyasının fəal üzvlərindəndir. Neçə illərdir ki, pedaqoji fəaliyyət göstərdiyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Xətai-Suraxanı metodbirləşməsi üzrə Yeni Azərbaycan Partiyası ərazi ilk partiya təşkilatının sədridir. Hamımız üçün əziz olan qələm sahibi Məmməd Tahiri 60 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, daha böyük yaradıcılıq uğurları arzulayıram. 
Fərman Rəsulov 
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının 
Aparat rəhbəri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin