Azərbaycanda hansı yazıçıların bədii lüğət sistemi hazırlanmalıdır? TƏKLİF

Hazırda oxunan: Azərbaycanda hansı yazıçıların bədii lüğət sistemi hazırlanmalıdır? TƏKLİF

182361



Dünya ədəbiyyatı və dilçilik elmində belə bir ənənə var: hər hansı bir ölkənin ədəbi dilini öz əsərləri ilə zənginləşdirən yazıçı və şairlərin bədii lüğət sistemi hazırlanır. Məsələn, deyək ki, ingilislər Şekspir əsərlərindən çıxış edərək onun bədii lüğət sistemini hazırlayırlar. Burada daha çox ilk dəfə olaraq Şekspirin əsərlərində istifadə etdiyi söz və ifadələrə yer verilir. Həmçinin, rus ədəbiyyatında Puşkin, fransız ədəbiyyatında Hüqo haqqında bu sözləri demək olar.

Bəs, Azərbaycan ədəbiyyatında kimlərin bədii lüğət sistemləri hazırlanmalıdır? AMEA-nın Dilçilik İnstitutunun lüğətçilik şöbəsinin müdiri professor İsmayıl Məmmədlinin xa0Moderator.az-a açıqlamasına əsasən, bu müəlliflərin bədii lüğət sistemi mütləq çap edilməlidir:

“Ruslarda ən çox Puşkinin bədii lüğət sistemi hazırlanıb. Bu ideya məndə də yarandı və biz Səməd Vurğunun bədii lüğət sistemini yaratdıq. Cəfər Cabbarlının da bədii lüğət sistemini yaratmışıq. Amma yığılsa da, kitab halında çap olunmayıb. Onu çapa verməık fikrimiz var. Kitab “Cəfər Cabbarlı dilinin bədii lüğət sistemi”x9d adlanır. Çox təəssüflər olsun ki, bizim lüğətçilik şöbəsinin qocaman işçiləri, köhnə lüğətçilərin hamısı dünyasını dəyişdi. Onlar mənə çox kömək etdilər. Lüğət işi çətin işdi. Hər adam bu sahədə qalmır. Ona görə də, bəzi ideyalarımız qaldı. Yazıçılarımızdan daha çox dillə, mənəviyyatla, milli ideologiya ilə bağlı xa0yazılar yazan Məhəmməd Əmin Rəsulzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyevin dilə xidməti çoxdu. Onlar bizim lüğət sistemimizi sadələşdirib və zənginləşdiriblər. Dilimizi asanlaşdırıblar. Ona görə də adı çəkilən müəlliflərin dilinin bədii lüğət sistemi hazırlanmalıdır”x9d.

Elmin Nurixa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin