6 kiloqramlıq uşaq doğuldu - FOTO

Hazırda oxunan: 6 kiloqramlıq uşaq doğuldu - FOTO

99348
Hindistanda çəkisi demək olar 6 kiloqrama çatan uşaq dünyaya gəlib.xa0

Həkimlərin fikrincə, uşağın çəkisi və ölçüsü anasının durumu ilə bağlıdır. Uşaq dünyaya gətirən qadının çəkisinin 100 kiloqram olduğu bildirilir. Körpənin dəqiq çəkisi 5,9 kiloqramdır ki, bu da Hindistan üçün milli rekorddur.

Həkimlər əvvəlcə düşünüblər ki, qadın uşağı sərbəst dünyaya gətirə biləcək. Ancaq uşaq o qədər böyük olub ki, onun doğulması qeysəriyyə əməliyyatı vasitəsilə reallaşdırılıb.

Körpənin çəkisinin çox olması səbəbindən həkimlər artıq indidən onun dietaya oturdulmasını planlaşdırırlar. Həkimlərin fikrincə, artıq kütlə ürəyə əlavə təzyiq göstərir ki, bu da olduqca təhlükəlidir.

Hindistanda doğulan körpələrin orta çəkisi 3 kiloqram olur. Bu oğlan uşağı dünyaya gələnə qədər ən ağır çəkili körpə Maniqur ştatında 5,8 kiloqram çəkidə doğulub.(modern.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin