Rusiya kimyəvi silah ehtiyatının 91 faizini məhv edib

Hazırda oxunan: Rusiya kimyəvi silah ehtiyatının 91 faizini məhv edib

96897
Rusiya kimyəvi silah ehtiyatının 91 faizini məhv edib.

Moderator.az-ın “TASS”x9da istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın müvafiq  dövlət komissiyasının rəhbəri Mixail Babiç deyib.
 
“Sentyabrın 17-nə olan məlumata görə, 36 min tonadək zəhərləyici maddə məhv edilib. Bu  kimyəvi silahın ümumi ehtiyatlarının 91 faizini təşkil edir”x9d, deyə Babiç bildirib.  
 
Məlumata görə, sentyabrın 22-də Penza yaxınlığındakı “Leonidovka”x9d obyektində saxlanılan kimyəvi silahın məhv edilməsi prosesi başa çatıb. Yaxın zamanda Bryansk, Kirov, Kurqan vilayətlərindəki  üç obyektdə də müvafiq işlərin yekunlaşdırılması gözlənilir.  
 
Bundan əvvəl, 2015-ci ilin yanvarında kimyəvi silah ehtiyatının 85 faizinin məhv edildiyi bildirilmişdi.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin