“İsa homoseksualları dəstəkləyərdi”x9d - Keçmiş ABŞ prezidenti

Hazırda oxunan: “İsa homoseksualları dəstəkləyərdi”x9d - Keçmiş ABŞ prezidenti

84927
ABŞ-ın sabiq prezidenti Cimmi Karter hesab edir ki, İsa peyğəmbər eynicinsli nikahları dəstəkləyirdi.

Bu barədə Moderator.az ` The Huffington Post`-a istinadən xəbər verir. 

`Mən hesab edirəm ki, əgər o dürüst, səmimi və heç kimə ziyan vurmursa, onda İsa istənilən sevgini dəstəkləyərdi. Mən gey-nikahların kiməsə ziyan vurduğunu görmürəm`, - deyə Karter öz yeni memuarı - `Tam həyat: Doxsan ildə düşüncələr` təqdimatı zamanı bildirib. 

Karter öz kitabında inama böyük diqqət ayırır. 

Nəşr vurğulayır ki, sabiq prezidentin dini inancları amerikalıların istədiyi şəxslə evlənmək haqqında qanunu dəstəkləməyinə mane olmur. 

Qeyd edək ki, iyunun 26-ı ABŞ Ali Məhkəməsi bütün ölkə ərazisində eynicinsli nikahları leqallaşdırıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin