Böyük Britaniyada həbsxanalarda sıxlığın azaldılması məqsədilə həyata keçirilən proqram çərçivəsində daha 650 məhbus vaxtından əvvəl azadlığa buraxılır.
Bizim.Media “Sky News”a istinadla xəbər verir ki, 2026-cı ildə qəbul edilmiş “Sentencing Act” qanununa əsasən, qarşıdakı bir il ərzində ümumilikdə 5 minə yaxın məhbusun cəza müddəti başa çatmadan azad edilməsi nəzərdə tutulur.
Proqramın ötən ay həyata keçirilən mərhələsində 650 məhbus azadlığa buraxılıb. Onlar 1 il 6 aydan 2 il 6 aya qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər olub.
Noyabrın 10-da həyata keçirilən üçüncü mərhələdə isə daha 650 məhbusun azadlığa buraxılması planlaşdırılır. Bu dəfə 2 il 5 aydan 3 il 2 aya qədər həbs cəzası almış şəxslər proqramdan yararlanacaqlar.
Əvvəlcə proqram çərçivəsində 6 min məhbusun vaxtından əvvəl azad edilməsi nəzərdə tutulsa da, hökumətin müdaxiləsindən sonra bu rəqəm 5 minə endirilib. Zorlama və uşaqlara qarşı ən ağır cinsi cinayətlər törətmiş şəxslər siyahıdan çıxarılıb.
Bizim.Media










































































































