Fransa Senatı ictimai iğtişaşlar zamanı dəymiş ziyana görə etirazçıların maliyyə məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Sənəd 229 səs lehinə, 105 səs əleyhinə olmaqla təsdiqlənib.
Bizim.Media xəbər verir ki, qanun layihəsinə əsasən, ziyana görə 10 min avroyadək cərimə tətbiq oluna bilər.
Təşəbbüs may ayında Paris “PSJ” klubunun UEFA Çempionlar Liqasının finalında “Arsenal” üzərində qələbəsindən sonra baş verən iğtişaşlara cavab olaraq hazırlanıb. Oktyabrın 17-də isə Fransada kütləvi etirazlar zamanı çoxsaylı mağaza və müəssisələrə ziyan vurulub, talan hadisələri baş verib.
Tənqidçilər bildirirlər ki, qanun vandalizm törətməyən, lakin hadisələrdə iştirak edən qruplarla əlaqəli hesab edilən şəxslərin də məsuliyyətə cəlb olunmasına səbəb ola bilər. Hüquq müdafiəçiləri və solçu siyasətçilər təşəbbüsün etiraz hüququnu məhdudlaşdıracağından və aztəminatlı ailələrə zərər vuracağından narahatdırlar.
Qanun layihəsi müzakirə və səsvermə üçün Fransa Milli Assambleyasına göndərilib.
Bizim.Media































































































