“İkili standartlar siyasəti tam şəkildə beynəlxalq siyasətdən çıxarılmalıdır”.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib.
Cəmiyyətimizin ikili standartlara sıfır tolerantlıq göstərdiyini xatırladan dövlət başçısı deyib ki, bu həmçinin müxtəlif müharibə və münaqişələrin həllində tətbiq olunmalıdır.
Prezident əlavə edib: “İkili standartlar, həmçinin onunla bağlıdır ki, kimsə sizə həyat tərzi ilə bağlı dərs deməyə çalışır. Bunu etməzdən əvvəl siz güzgüyə baxmalısınız, özünüzdən soruşmalısınız ki, sizin kiməsə mühazirə vermək hüququnuz varmı?”
Dövlət başçısı qeyd edib ki, müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək dərsləri verilməli deyil.
Biz bunu bilirik. Biz diqqətimizi daha çox öz ev tapşırığımıza yönəltməliyik. Digər ölkələrdə baş verənlər o insanların, o xalqların öz işidir, bu, bizim işimiz deyil.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
11:31 / 27.10.2026
Prezident: “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” – VİDEO
Hazırda oxunan: Prezident: “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” – VİDEO
Hazırda oxunan: Prezident: “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” – VİDEO
644475
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































