ABŞ Prezidenti Donald Tramp İranla müharibəni ABŞ-ın başlamadığını, münaqişəyə Tehranın səbəb olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, o, bu barədə bazar ertəsi Missisipi ştatında keçirilən seçki mitinqində danışıb.
“Biz İranla müharibəyə başlamadıq. İran bizimlə müharibəyə başladı”, – deyə Tramp bildirib.
O, yenidən İranın nüvə raketi yaratmasına cəmi iki həftə qaldığını iddia edib və İranı dünyada terrorizmin əsas sponsoru olan dövlət adlandırıb.
Tramp İranla daha əvvəl əldə edilmiş atəşkəs razılaşmasını da “vaxt itkisi” kimi xarakterizə edib.
Bizim.Media
































































































