“Məqsədimiz ölkəmiz üçün potensial təhdidlərə qarşı müdafiə mexanizmləri hazırlamaqdır” – Rauf Cabarov

Hazırda oxunan: “Məqsədimiz ölkəmiz üçün potensial təhdidlərə qarşı müdafiə mexanizmləri hazırlamaqdır” – Rauf Cabarov

644473

Kibertəhlükəsizlik Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Bu sahə yalnız siyasi deyil, həm də texniki məsələ olduğundan müxtəlif istiqamətlərdə müzakirələrin aparılmasına ehtiyac var.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov Bakıda keçirilən “CyberHackCon 2026” beynəlxalq etik haker konfransında jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, AKTA-nın tərəfdaşlarının təşkil etdiyi tədbirin əsas məqsədi yerli və xarici ekspertlər arasında təcrübə mübadiləsini təmin etmək, dünyada baş verən kibertəhlükəsizlik trendlərini öyrənmək və ölkəmiz üçün potensial təhdidlərə qarşı müdafiə mexanizmlərinin hazırlanmasına töhfə verməkdir:

"Bu cür tədbirlər yalnız bir dəfə keçirilməklə məhdudlaşmamalı, davamlı xarakter daşımalıdır. Məqsəd müxtəlif regionların ekspertlərini bir araya gətirən, təcrübə mübadiləsinin mütəmadi aparıldığı əməkdaşlıq platforması yaratmaqdır.

Bu, beynəlxalq səviyyədə baş verən kibertəhdidlər barədə məlumatlılığın artırılmasına və ölkəmizin həmin təhdidlərə qarşı hazırlığının gücləndirilməsinə kömək edə bilər".

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin