Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq

Hazırda oxunan: Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq

644454

Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq.

Bizim.Media xəbər verir ki, oktyabrın 29-da Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri ilə bağlı qərarı ictimaiyyətə təqdim ediləcək.

Mərkəzi Bankın əvvəlki qərarı ilə uçot dərəcəsi 6,5%, faiz dəhlizinin yuxarı həddi 7,5% səviyyəsində sabit saxlanılıb, aşağı həddi isə 0,5 faiz bəndi azaldılaraq 5%-ə endirilib.

AMB əvvəlki qərarında bildirmişdi ki, ilin qalan dövründə faiz dəhlizinə dair qərarlar inflyasiya proqnozu, əsas makroiqtisadi göstəricilərin dinamikası, valyuta bazarındakı proseslər və bank sektorunda likvidlik nəzərə alınmaqla qəbul ediləcək. Qlobal qeyri-müəyyənliklər və onların daxili iqtisadiyyata təsiri nəzərə alınaraq makroiqtisadi proqnozların bir neçə ssenari əsasında qiymətləndirilməsi davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin