Rusiyalı müğənni Larisa Dolina yeni albomu üçün hazırladığı mahnıların bir hissəsini itirib.
Bizim.Media xəbər verir ki, UNIAN-ın yazdığına görə, “Yandeks” şirkətinin bulud yaddaşında yaranan nasazlıqlar nəticəsində musiqi materialları itib. Problemlərin məlumat mərkəzlərinə pilotsuz uçuş aparatları ilə hücumlardan sonra başladığı bildirilir.
Müğənninin meneceri Sergey Pudovkin bildirib ki, komanda yeni albomun təqdimatına hazırlaşırdı. Buraxılması planlaşdırılan mahnılar arasında “Qanadlar” adlı bəstə də olub. İndi musiqi materiallarını yenidən toplamaq lazım gələcək. Bəzi hissələr sərt disklərdə ayrıca səs yazıları şəklində qalıb.
Bundan əvvəl Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən müğənni Oleq Qazmanov da “Yandeks”in bulud yaddaşında saxladığı yayımlanmamış mahnılarının böyük hissəsini itirdiyini açıqlayıb.
“Materialların böyük hissəsi, təəssüf ki, məhv olub. Bütün materiallarım “Yandeks”in bulud yaddaşında idi. Bu, mənim üçün faciədir, çoxlu mahnılarımı itirmişəm”, – Qazmanov bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:34 / 27.10.2026
Ukrayna ordusunun hücumundan sonra Larisa Dolinanın musiqi materialları itdi
Hazırda oxunan: Ukrayna ordusunun hücumundan sonra Larisa Dolinanın musiqi materialları itdi
Hazırda oxunan: Ukrayna ordusunun hücumundan sonra Larisa Dolinanın musiqi materialları itdi
644461
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































