Ukraynanın Oleşki şəhərində humanitar missiya üçün ATƏŞKƏS qüvvəyə mindi - FOTO

Hazırda oxunan: Ukraynanın Oleşki şəhərində humanitar missiya üçün ATƏŞKƏS qüvvəyə mindi - FOTO

644463

Rusiya ordusunun işğalı altında olan Ukraynanın Xerson vilayətindəki Oleşki şəhəri ətrafında humanitar missiyanın həyata keçirilməsi üçün atəşkəs rejimi qüvvəyə minib.

Bizim.Media xəbər verir ki, Ukraynanın ombudsmanı Dmitri Lubinets atəşkəsin Kiyev vaxtı ilə saat 03:00-dan etibarən humanitar əməliyyatın keçiriləcəyi müəyyən ərazilərdə tətbiq olunduğunu bildirib. Onun sözlərinə görə, hazırda atəşkəsin bütün şərtlərinə əməl edilir.

“Mülki şəxslərin Oleşkidə təhlükəsizliyini və əldə olunmuş razılaşmaların icrasını əsas götürərək, ictimaiyyəti baş verənlər barədə məlumatlandırmağa davam edəcəyəm”, – Lubinets bildirib.

Atəşkəsin qüvvəyə minməsi Rusiyanın Müdafiə Nazirliyi tərəfindən də təsdiqlənib. Nazirliyin bəyanatında qeyd olunub ki, Xerson vilayətinin Oleşki yaşayış məntəqəsi ərazisində humanitar əməliyyata hazırlıqla əlaqədar Rusiya Silahlı Qüvvələri Xerson istiqamətində atəşi dayandırıb və 2026-cı il oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan etibarən “sükut rejimi” tətbiq edib.

Rusiya və Ukrayna Rusiya qoşunlarının nəzarətində olan şəhər ərazisində humanitar yardımın çatdırılmasını təmin etmək və sakinlərin təxliyəsinə hazırlaşmaq məqsədilə döyüşlərin müvəqqəti dayandırılması barədə razılığa gəliblər.

Ağ Evin məlumatına görə, razılaşma ABŞ-ın birinci xanımı Melaniya Trampın iştirakı ilə əldə olunub.

Əməliyyatın ilk mərhələsində şəhərə aparan yolların minalardan təmizlənməsi nəzərdə tutulur.

Ukraynanın Oleşki şəhərində humanitar missiya üçün ATƏŞKƏS qüvvəyə mindi - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin