"Həzi Aslanov"a birbaşa hərəkət BƏRPA OLUNDU

Hazırda oxunan: "Həzi Aslanov"a birbaşa hərəkət BƏRPA OLUNDU

644421

"Həzi Aslanov"-"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib.

Bizim.Media xəbər verir ki, beləcə "Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub.

Xatırladaq ki, "Həzi Aslanov" metrostansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar Bakı metrosunun "Qırmızı" xətti üzrə qatarların hərəkət sxemi dəyişdirilmişdi. Belə ki, qatarlar "İçərişəhər" stansiyasından "Əhmədli" stansiyasına qədər hərəkət edirdi, "Həzi Aslanov"-"Əhmədli" sahəsində isə ayrıca məkik hərəkəti təşkil olunmuşdu.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin