Trampdan Atlantik okeanının adı ilə bağlı YENİ TƏKLİF: “Amerika okeanı olsun”

Hazırda oxunan: Trampdan Atlantik okeanının adı ilə bağlı YENİ TƏKLİF: “Amerika okeanı olsun”

644438

ABŞ prezidenti Donald Tramp Atlantik okeanını Amerika okeanı adlandırmağı təklif edib və Missisipi çayının adına toxunmayacağına söz verib.

Bizim.Media xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə ABŞ Konqresinə aralıq seçkiləri ərəfəsində Missisipi ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən danışıb. Bundan əlavə, o, çaylardan birinin adının dəyişdirilməsi imkanını da nəzərdən keçirir.

“Fikir verin, bizim gölümüz və körfəzimiz var (ABŞ-da Tramp administrasiyası tərəfindən Ontario gölünün adı Amerika gölü, Meksika körfəzinin adı isə Amerika körfəzi olaraq dəyişdirilib). İndi bizə çay və okean lazımdır. Buna görə də Atlantik okeanı haqqında düşünürəm, onu Amerika okeanı adlandıracağıq. Düşünürəm ki, Avropa bundan çox məmnun qalacaq”, – deyə o bildirib.

ABŞ lideri hansı çayın adını dəyişdirmək istədiyini dəqiqləşdirməyib. Bununla belə, Tramp Missisipi çayının adını dəyişməyəcəyinə söz verib.

Ötən həftə Tramp “Google”dan öz xəritələrində Atlantik okeanının adını Tramp okeanı olaraq dəyişməyi xahiş etdiyini açıqlayıb. Lakin şirkətin rəhbəri Sundar Piçai bu təklifdən imtina edib.

Bundan əvvəl ABŞ lideri Meksika körfəzi və Ontario gölünün adlarının müvafiq olaraq Amerika körfəzi və Amerika gölü olaraq dəyişdirilməsini nəzərdə tutan sərəncamlar imzalayıb. Bu sərəncamlar federal hökumətin və federal xəritələrin həmin coğrafi obyektləri necə adlandıracağını müəyyən edir. Bununla yanaşı, Trampdan sonra prezident vəzifəsini tutacaq şəxslər bu dəyişiklikləri ləğv edən sərəncamlar imzalaya bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin