Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Muhammed Emin Yıldırım SAXLANILDI

Hazırda oxunan: Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Muhammed Emin Yıldırım SAXLANILDI

644416

Azərbaycan tərəfindən “arzuolunmaz şəxs” elan olunan “Köklü Değişim Medya” nəşrinin İstanbul təmsilçisi Muhammed Emin Yıldırım sosial şəbəkə paylaşımları əsas gətirilərək İstanbul Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bizim.Media “Cumhuriyet”ə istinadla xəbər verir ki, bu barədə “Köklü Değişim” platforması məlumat yayıb.

Məlumatda M. E. Yıldırımın saxlanılmasına səbəb olan konkret paylaşımlar və aparılan istintaqın təfərrüatları barədə hələlik rəsmi açıqlama verilmədiyi bildirilib.

Qeyd edək ki, Muhammed Emin Yıldırım bundan əvvəl rəsmi Bakı tərəfindən ölkəyə girişi qadağan edilən şəxslər siyahısına salınmışdı. Oktyabrın 21-də Azərbaycan Xarici İşlər Nazirliyi 31 Türkiyə vətəndaşına ölkəyə giriş qadağası qoyub. XİN həmin şəxslərin Azərbaycanın suverenliyini, milli təhlükəsizliyini və konstitusiya quruluşunu hədəf alan bəyanatlar verdiyini vurğulamışdı.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin