Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) və onun sələfi “Azərsu” ASC-də yüksək vəzifələrdə işləmiş Səday Alıyev cinayət məsuliyyətinə cəlb edilib.
Bizim.Media xəbər verir ki, o, 3 milyon manat mənimsəmədə ittiham olunur.
Sonuncu dəfə ADSEA-da şöbə müdiri işləyən S.Alıyevin fəaliyyəti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb. Ortaya çıxan sübutlar əsasında ona Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
52 yaşlı sabiq məmur həbsdə deyil, onun barəsində məhkəməyə qədər “polisin nəzarətinə vermə” qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ADSEA-nın tabeliyindəki “İri Şəhərlərin Su Təchizatı” QSC zərərçəkmiş qismində tanınıb. (Qafqazinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:16 / 27.10.2026
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
Hazırda oxunan: Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
Hazırda oxunan: Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
644444
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































