FTB-nin keçmiş direktoruna qarşı İTTİHAM: Gizli məlumatları ötürüb

Hazırda oxunan: FTB-nin keçmiş direktoruna qarşı İTTİHAM: Gizli məlumatları ötürüb

644437

ABŞ Ədliyyə Nazirliyi Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş direktoru Ceyms Komini ölkənin müdafiəsi ilə bağlı məlumatları qanunsuz açıqlamaqda və bu məlumatların yayılması məqsədilə sui-qəsddə ittiham edib.

Bizim.Media xəbər verir ki, ittiham aktına əsasən, Komi 2016-cı il oktyabrın 5-i ətrafında milli müdafiə ilə bağlı məlumatları onları əldə etmək hüququ olmayan şəxsə qəsdən ötürüb.

Bu ay keçirilən qapalı məhkəmə iclasında Komi işə xitam verilməsini tələb edib. O bildirib ki, ittiham irəli sürülməsi üçün 10 illik müddət nəzərdə tutulub və Ədliyyə Nazirliyinin arqumentləri kifayət deyil.

FTB-nin keçmiş direktoru özünü təqsirli bilmir.

2017-ci ilin mayında Donald Tramp FTB-nin Rusiyanın onun seçki qərargahı ilə mümkün əlaqələrini araşdırması fonunda Komini vəzifəsindən azad edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin