Antalyanın Kəpəz rayonunda görünməmiş fəlakət: 5 ölü, 1 yaralı var – FOTO/VİDEO

Hazırda oxunan: Antalyanın Kəpəz rayonunda görünməmiş fəlakət: 5 ölü, 1 yaralı var – FOTO/VİDEO

644453

Türkiyənin Antalya şəhərinin Kəpəz rayonunda gecə saatlarında baş verən qasırğa nəticəsində 5 fəhlə həyatını itirib, 1 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, qasırğ yaşayış kompleksi tikintisinin aparıldığı ərazidə fəhlələrin qaldığı iki konteyneri parçalayıb.

Antalya valisi Hulusi Şahin hadisə ilə bağlı “Çox dəhşətli təbiət hadisəsi ilə qarşı-qarşıyayıq” deyərək qasırğanın yalnız tikinti sahəsinə təsir etdiyini, şəhərin başqa ərazilərindən oxşar hadisə barədə məlumat daxil olmadığını bildirib.

Fəlakətdən sonra tikinti sahəsində başqa fəhlələrin də ola biləcəyi ehtimalı nəzərə alınaraq axtarış işlərinə başlanılıb.

Xilasedicilər dağıntılar və ətraf ərazilərdə başqa yaralıların və ya həyatını itirənlərin olub-olmadığını müəyyənləşdirmək üçün işlərini davam etdirirlər. Həyatını itirən beş fəhlənin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində də tədbirlər görülür.




Antalyanın Kəpəz rayonunda görünməmiş fəlakət: 5 ölü, 1 yaralı var – FOTO/VİDEO - foto 1
Antalyanın Kəpəz rayonunda görünməmiş fəlakət: 5 ölü, 1 yaralı var – FOTO/VİDEO - foto 2
Antalyanın Kəpəz rayonunda görünməmiş fəlakət: 5 ölü, 1 yaralı var – FOTO/VİDEO - foto 3
Antalyanın Kəpəz rayonunda görünməmiş fəlakət: 5 ölü, 1 yaralı var – FOTO/VİDEO - foto 4
Antalyanın Kəpəz rayonunda görünməmiş fəlakət: 5 ölü, 1 yaralı var – FOTO/VİDEO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin