Rusiya dizel yanacağını idxal edən şirkətlərə ABŞ-dan XƏBƏRDARLIQ

Hazırda oxunan: Rusiya dizel yanacağını idxal edən şirkətlərə ABŞ-dan XƏBƏRDARLIQ

644434

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, demokrat Ceymi Raskin Rusiya dizel yanacağını idxal edən şirkətlərin hüquqi nəticələrlə üzləşə biləcəyini bildirib.

Bizim.Media xəbər verir ki, o, bu barədə “Politico”nun əldə etdiyi məktubda xəbərdarlıq edib.

Raskinin sözlərinə görə, qaydaları pozan şirkətləri mülki və cinayət məsuliyyəti, o cümlədən 20 ilədək həbs cəzası gözləyə bilər.

Konqresmen vurğulayıb ki, məsuliyyət həm hazırkı, həm də gələcək ABŞ administrasiyası dövründə yarana bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin