ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib.
Bizim.Media Bloomberg agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski NBC telekanalının "Meet the Press" ("Mətbuatla görüş") proqramına verdiyi müsahibəsində bildirib.
Ukrayna lideri "müəyyən müddət" dayandırılan kəşfiyyat məlumatlarının mübadiləsi prosesinin ABŞ tərəfindən yenidən başladıldığını bəyan edib. Bununla belə, prosesin dəqiq hansı tarixdə bərpa olunduğu açıqlanmayıb.
Volodimir Zelenski həmçinin ABŞ nümayəndələri ilə növbəti danışıqların artıq bu həftə ərzində baş tutacağına ümid etdiyini bildirib.
Bizim.Media

































































































