Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdu - FOTO

Hazırda oxunan: Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdu - FOTO

642893

Polşanın Bielsko-Biala şəhərində kadetlər, gənclər və U-21-lər arasında karate üzrə 14-cü dünya çempionatı başa çatıb.
 
Azərbaycan Karate Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, Dünya Karate Federasiyasının təşkil etdiyi yarışda ölkə təmsilçiləri 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.
 
Şamo Kamilov (U-16, +70 kq) qızıl mükafata sahib çıxıb.
 

Vüsal Qənbərov (U-18, 55 kq) gümüş, Rəsul Qənbərli (U-16, 52 kq), Nurlan Əlimuradov (U-16, 70 kq) və Rəşid Süleymanov (U-21, 75 kq) bürünc medal qazanıblar.


Xatırladaq ki, turnirə 114 ölkədən 2000-dən çox idmançı qatılıb.
 



























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin