Fransa Prezidenti Emmanuel Makron və onun həyat yoldaşı Bricit Makron ölkədə baş verən etiraz aksiyalarından bir gün əvvəl — oktyabrın 16-da Parisdə Selin Dionun (Celine Dion) konsertində iştirak ediblər.
Bizim.Media “Le Parisien” nəşrinə istinadən xəbər verir ki, 35 minə yaxın tamaşaçının qatıldığı tədbirdə dövlət başçısının görünməsi ölkədə narazılıqla qarşılanıb.
Cütlük tədbirə diqqət cəlb etmədən gəlib və lojada olan tamaşaçılar onları fərq ediblər.
Emmanuel Makronun ölkədə artan sosial gərginlik və planlaşdırılan kütləvi etirazlar fonunda əyləncə tədbirində görünməsi sosial şəbəkələrdə kəskin tənqid olunub. İstifadəçilər böhran dövründə bu addımı qeyri-münasib hesab ediblər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:34 / 18.10.2026
Makron həyat yoldaşı ilə Selin Dionun konsertinə getdi - Tənqid olundular - VİDEO
Hazırda oxunan: Makron həyat yoldaşı ilə Selin Dionun konsertinə getdi - Tənqid olundular - VİDEO
Hazırda oxunan: Makron həyat yoldaşı ilə Selin Dionun konsertinə getdi - Tənqid olundular - VİDEO
642900
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































