60 saniyəyə bütün bədənin skanını həyata keçirən yeni aparat HAZIRLANDI

Hazırda oxunan: 60 saniyəyə bütün bədənin skanını həyata keçirən yeni aparat HAZIRLANDI

642864

Avropa Nüvə Təbabəti Assosiasiyasının (EANM) 2026-cı il konqresində təqdim olunan araşdırmaya əsasən, yeni PET/KT skaneri bütün bədənin diaqnostik təsvirlərini cəmi bir dəqiqəyə əldə etməyə imkan verir.

Bizim.Media xəbər verir ki, Melburndakı Piter Makkallum Xərçəng Mərkəzinin mütəxəssisləri tərəfindən sınaqdan keçirilən bu sistem standart aparatlarla müqayisədə daha yüksək keyfiyyətli təsvirlər təmin edir.
 

128 sm-lik böyüdülmüş baxış sahəsinə malik yeni skaner bədənin böyük hissəsini bir dəfəyə əhatə edir. Bu da müayinə müddətini kəskin şəkildə qısaltmağa və radioaktiv dərmanın siqnalını daha effektiv tutmağa imkan verir.


24 pasiyentin iştirak etdiyi "EQUIP" tədqiqatında 1 dəqiqəlik skanlama nəticəsində alınan təsvirlərin diaqnostik keyfiyyəti 5 ballıq şkala üzrə 4,5 bal qiymətləndirilib.

Müqayisə üçün, ənənəvi skanerlərin nəticəsi orta hesabla 3,9 bal təşkil edib.

Qısa vaxt ərzində həyata keçirilən prosedur xəstələrin hərəkətsiz qalmaq məcburiyyətini yüngülləşdirir, hərəkət səbəbindən şəkillərdə yaranan bulanıqlığı azaldır və klinikalara daha çox pasiyent qəbul etmək imkanı verir. Həmçinin sistemin yüksək həssaslığı gələcəkdə daxil edilən radioaktiv maddənin dozasını azaltmağa imkan yarada bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin