ABŞ-ın Ukraynadakı sabiq səfiri: "Tramp Putinin təcavüzünə göz yumur” - FOTO

Hazırda oxunan: ABŞ-ın Ukraynadakı sabiq səfiri: "Tramp Putinin təcavüzünə göz yumur” - FOTO

642890

ABŞ-ın Ukraynadakı keçmiş səfiri Bricet Brink (Bridget Brink) Donald Trampın siyasətini sərt tənqid edərək, onun Rusiya Prezidenti Vladimir Putinə güzəştə getdiyini və bunun ABŞ-ın milli təhlükəsizliyinə birbaşa təhdid yaratdığını bildirib. Keçmiş səfirin sözlərinə görə, Tramp hələ bir il yarım əvvəl Ukraynaya müdafiə köməyini dayandıraraq Volodimir Zelenskiyə Rusiya ilə razılığa gəlmək üçün təzyiq göstərməyə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.
 

Bricet Brink bəyan edib ki, Donald Tramp sanki Putinə kömək edir — sanksiyaları zəiflədir, "Starshield" sisteminin fəaliyyətinə müdaxilə edir və dizel yanacağı ilə bağlı sövdələşmələrə gedir.


Keçmiş diplomat vurğulayıb ki, diktatora güzəştə getmək onu təcavüzü davam etdirməyə və NATO-nun müdafiə qabiliyyətini sınağa çəkməyə həvəsləndirir.

Brink bu addımları ciddi səhv adlandırıb: “Nəticədə isə ukraynalıların həlak olmasına şərait yaradılır və ABŞ-ın milli təhlükəsizliyinə zərbə vurulur”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin