Bu ölkədə güclü zəlzələ oldu

Hazırda oxunan: Bu ölkədə güclü zəlzələ oldu

642880

İndoneziyada 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə İndoneziyanın Meteorologiya, İqlimşünaslıq və Geofizika Agentliyi (BMKG) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Labuan Bajo bölgəsindən 60 kilometr məsafədə qeydə alınıb.
 

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.


Qeyd edək ki, İndoneziya Sakit okeanın “Odlu halqa” adlanan seysmik fəal zonasında yerləşdiyindən ölkədə tez-tez zəlzələlər və vulkan püskürmələri baş verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin