Möhsün Rezai: “ABŞ və İsrailə qarşı daha dağıdıcı plan hazırlamışıq”

Hazırda oxunan: Möhsün Rezai: “ABŞ və İsrailə qarşı daha dağıdıcı plan hazırlamışıq”

642873

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rezai bəyan edib ki, ölkəyə qarşı yeni hərbi əməliyyat keçiriləcəyi təqdirdə İran Silahlı Qüvvələri daha dağıdıcı cavab tədbirləri planı hazırlayıb.

Bizim.Media xəbər verir ki, Bu barədə Press TV telekanalı məlumat yayıb.

Möhsün Rezai bildirib ki, İranın yeni əməliyyat planı əvvəlki 12 günlük və 40 günlük müharibələr zamanı tətbiq edilən taktikadan köklü şəkildə fərqlənəcək.

General-mayor vurğulayıb ki, ABŞ və İsrail rəsmilərinin təhdidləri və təxribatçı bəyanatları yerdəki reallığı dəyişməyəcək. Onun sözlərinə görə, İranın yeni əməliyyat planı qarşı tərəfin öyrəşdiyi qaydalarla həyata keçirilməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin