Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları Qara dəniz üzərində ölkənin hava məkanına icazəsiz daxil olan iki pilotsuz uçuş aparatını vurub.
Bizim.Media xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, ilk dron yerli vaxtla saat 17:59-da aşkarlanıb və iki dəqiqə sonra Sulinadan 25 kilometr cənub-şərqdə vurulub.
İkinci pilotsuz uçuş aparatı isə saat 18:05-də, Rumıniyanın hava məkanına daxil olduqdan dörd dəqiqə sonra, Sulinadan 20 kilometr şərqdə ələ keçirilib.
Buxarest NATO müttəfiqlərini və Avropa İttifaqındakı tərəfdaşlarını hadisə barədə məlumatlandırıb.
Rumıniyanın təşəbbüsü ilə oktyabrın 20-də Qara dənizdə müdafiə və təhdidlərin qarşısının alınması məsələlərinə həsr olunmuş Şimali Atlantika Şurasının iclası keçiriləcək.
Bundan əlavə, Rumıniya və Bolqarıstan Qara dənizdə Avropa İttifaqının Dəniz Təhlükəsizliyi Mərkəzinin yaradılması istiqamətində fəaliyyətlərini əlaqələndirirlər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:18 / 17.10.2026
Qara dəniz üzərində GƏRGİNLİK: Rumıniya iki dronu vurdu
Hazırda oxunan: Qara dəniz üzərində GƏRGİNLİK: Rumıniya iki dronu vurdu
Hazırda oxunan: Qara dəniz üzərində GƏRGİNLİK: Rumıniya iki dronu vurdu
642804
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































