Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək.
Bizim.Media xəbər verir ki, Bakı İdman Sarayında reallaşacaq beynəlxalq yarışda dünyanın 30-a yaxın ölkəsindən müxtəlif yaş qruplarını təmsil edən idmançılar medallar uğrunda mübarizə aparacaqlar.
Yarışlar ənənəvi yapon sumosunun ruhunu yaşadan, xüsusi hazırlanmış torpaq "dohyo" meydanında keçiriləcək.
Oktyabrın 17-də 18 yaşadək qızlar və oğlanlar arasında fərdi və komanda yarışları, oktyabrın 18-də isə kişilər və qadınlar arasında fərdi və komanda yarışları təşkil olunacaq..
Turnirdə ənənəvi peşəkar yapon sumosu deyil, beynəlxalq həvəskar sumo qaydaları əsas götürüləcək. Bu sistemdə rəqiblər çəki dərəcələrinə uyğun qarşılaşır, qadın idmançılar üçün də ayrıca yarışlar keçirilir.
Qeyd edək ki, Azərbaycanın sumo üzrə beynəlxalq arenada iştirakı 2007-ci ildən başlayır. Bakıdakı mundial oktaybrın 17-dən 18-dək davam edəcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
10:06 / 17.10.2026
Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək
Hazırda oxunan: Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək
Hazırda oxunan: Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək
642713
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































