ABŞ və İsrailin İrana qarşı başladığı müharibə Avropa İttifaqının (Aİ) iqtisadiyyatına 100 milyard avrodan çox zərər vurub.
Bizim.Media xəbər verir ki, bunu İspaniyanın Hökumət sədri Pedro Sançes Aİ sammitində iştirak etmək üçün Brüsselə gələrkən jurnalistlərə açıqlamasında bildirib.
İspaniya Baş nazirinin sözlərinə görə, bu ədalətsiz və əsassız münaqişə bütün üzv dövlətlərə və bütövlükdə Avropaya ağır iqtisadi yük olub:
"Münaqişə nəticəsində yaşayış xərcləri, xüsusilə də enerji qiymətləri kəskin artır. Bu isə avropalıların alıcılıq qabiliyyətini, eləcə də müəssisələrimizin və sənaye sahələrimizin rəqabət qabiliyyətini ciddi şəkildə zəiflədir", — deyə Pedro Sançes vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:41 / 15.10.2026
İranla müharibə Avropa İttifaqına 100 milyard avrodan çox ZƏRƏR VURUB
Hazırda oxunan: İranla müharibə Avropa İttifaqına 100 milyard avrodan çox ZƏRƏR VURUB
Hazırda oxunan: İranla müharibə Avropa İttifaqına 100 milyard avrodan çox ZƏRƏR VURUB
642427
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































