ADY-də ənənəvi qanvermə aksiyası keçirildi – FOTO

Hazırda oxunan: ADY-də ənənəvi qanvermə aksiyası keçirildi – FOTO

642447

Dəmir yolu işçilərinin peşə bayramı münasibətilə ADY-də hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə növbəti qanvermə aksiyası keçirilib.

Bizim.Media xəbər verir ki, artıq ənənəyə çevrilmiş bu humanist aksiya Respublika Qan Bankı ilə birgə təşkil edilib.

Aksiyada ADY-nin müxtəlif struktur bölmələrindən yüzdən çox əməkdaş könüllü iştirak edib.

 

Respublika Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülərək bankın ehtiyat fonduna təhvil verilib.


ADY korporativ sosial məuliyyət çərçivəsində humanitar təşəbbüslərə dəstək verməyə davam edəcək.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin